COVİD-in daha dəhşətli növü yayılır

Hindistanda ölüm sayı gündəlik 3 min civarındadır və küçələrdə meyitlərin kütləvi yandırılması həyata keçirilir. Dünya bu yandırılmaların virusu yenidən aktivləşdirə biləcəyindən narahatdır.

SOSİUM.az xəbər verir ki, bu sözləri azerforum.com-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O, meyitlərin yandırılmasının ekoloji problem yarada biləcəyini bildirib:

“Hindistan küçələrində meyitlərin yandırılması artıq ənənəvi bir hal alıb. Bu virus yayılarsa, bu, dördüncü dalğa hesab ediləcək. Bəzi tibb alimləri bunu virusun ikiqat mutasiya olduğuna görə pandemiyanın yeni mərhələsi sayırlar. Hindistan ştammının hansı davranışlar sərgiləyəcəyi insanları çox narahat edir. Dünyanın belə bir çətinlik qarşısında qaldığı zamanda hesab edirəm ki, çox diqqətli və ehtiyatlı olmalıyıq. Artıq bütün ölkələrdə həm xeyli insan yorulub, həm də resurslar tükənib. Belə bir dalğa olsa, bu, böyük itkilər gətirəcək. Hər halda, koronavirusla bağlı verilən proqnozlar özünü doğrultmur və pandemiyanın bitmək ehtimalı yoxdur. Karantin qaydalarına əməl etmək çox vacibdir”.

Qeyd edək ki, Hindistan ştammı ilk dəfə Hindistanın şərqi Benqaliya ştatında, Hindistan Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşları tərəfindən tapılıb. Müəyyən edilib ki, virusda ikili mutasiya əmələ gəlib və bunlar B.1.617 və B.1.618 mutasiyalarıdır. Bunun nəticəsində virusun genomunda olan arxitektonika nukleotid zəncirinin quruluşu xeyli dəyişib və virus yeni bir xassə alıb.

Oxşar xəbərlər