Peyvənd vurduranların ümumi sayı açıqlandı

Bu günə kimi ümumilikdə 1 milyon 600 min nəfər peyvənd olunub, onlardan 600 min nəfərə ikinci dozanı artıq vurdurub.

SOSİUM.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini Teymur Musayev koronavirus əleyhinə vaksonasiyadan keçənlər barədə danışarkən deyib.

“Hər iki dozanı alanlar arasında yoluxma faizi çox aşağıdır, yoluxanlar isə xəstəliyin ağır formasından qorunublar”.

T.Musayev qeyd edib ki, ölkəmizdə ilk tətbiq olunan Sinovac şirkətinin “Coronavac” vaksinidir:

“Bu tam təhlükəsiz vaksindir. Qeyd edim ki, eyni zamanda digər vaksinlər də gətirilib və multiplatforma yaradılıb. Bu isə insanlara seçim imkanı verir”.

Oxşar xəbərlər