“AZNAR” dörd aydır maaşları vermir – ŞİKAYƏT

İş adamı, milyonçu Fərhad Əhmədov işçilərin əmək haqqını vermir.

Məlumata görə, Teymur Əhmədov adına “AZNAR” QSC-nin tabeçiliyində olan “Grante Trading” şirkətində işləyən işçilərin maaşları 4 aydır verilmir. Eyni zamanda işdən çıxan işçilərin belə maaşları ödənilmir.

Bəzi işçilərin məvacibləri onların razılığı olmadan azaldılır. Şirkətin direktoru Anar Ələkbərov isə işçiləri dinləmək belə istəmir.

Qeyd edək ki, şirkət ötən il paytaxtla yanaşı rayonlarda da ən çox məhsul satan bir şirkət olub. Görünür şirkətdə rəhbərlik dəyişdikdən sonra maddi problemlər yaranıb. Məlumat üçün deyək ki, şirkətin keçmiş direktoru, iş adamı Mikayıl Xəlilov idi.

// Sozcu.az

Oxşar xəbərlər