AQSİA üzvləri Pakistan səfiri ilə görüşdü

AQSİA üzvləri Pakistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bilal Haye ilə görüşüblər.

SOSİUM.az xəbər verir ki, qardaş ölkənin ölkəmizdəki səfirini ziyarət etməkdə məqsəd iki ölkə arasındakı əməkdaşlığa bacardığı töhfəni verməkdir.

Belə bir təşəbbüs üçün AQSİA heyətinə təşəkkürünü bildirən səfir iki ölkənin xanım sahibkarlarının əməkdaşlıqlarının qurulmasının çox faydalı olacağını bildirib.

Görüş iştirakçıları gələcəkdə bu istiqamətdə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

AQSİA-nı görüşdə Assosiasiyanın sədri Səkinə Babayeva, üzvlər – Rübabə Mürşüdova, Mətanət Ağamirli, Aynur Musayeva təmsil ediblər.

Oxşar xəbərlər