“Bizdə yalnız Britaniya ştammı qeydə alınıb”

“Keçən ildən başlayıb hələ də davam edən pandemiyada yoluxanlar 155 milyondan, ölənlər 3 milyondan çoxdur”.

SOSİUM.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Y. Qarayeva bildirib ki, hazırda narahatedici məqam Hindistanda yeni mutasiyaların baş verməsidir:

“Hələ ki bu mutasiyaların ağırlaşmalara səbəb olması müəyyən edilməyib”.

O, həmçinin qeyd edib ki, Azərbaycanda yalnız Britaniya ştammı qeydə alınıb:

“Digər ştammlar qeydə alınacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Oxşar xəbərlər