AQSİA-nın üzvləri Ulu Öndərin məzarını ziyarət edib

Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri, sahibkar xanımlar Fəxri Xiyabanda Ulu Öndərin və həyat yoldaşı, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Xatırladaq ki, müasir Azərbaycan tarixinin ən parlaq səhifələri məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün “mən fəxr edirəm ki, azərbaycanlıyam” deyə bildiyimiz üçün Ulu Öndərin ölməz ruhu qarşısında ehtiramla baş əyirik. Ali Baş Komandan, cənab prezident İlham Əliyevin bu siyasi xətti uğurla davam etdirməsi Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Oxşar xəbərlər