Metro işçilərin maaşı verilmir? – AÇIQLAMA

Bakı Metropolitenin işçilərinin maaşlarının gecikməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, işçilərə maaşlarını yalnız Ramazan bayramından sonra ala biləcəkləri deyilib. Buna səbəb kimi isə metronun fəaliyyət göstərməməsi və qazancının olmaması göstərilib.

SOSİUM.az xəbər verir ki, bu barədə axar.az-a danışan Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov iddiaları təkzib edib.

“Hər hansı problem yoxdur, sadəcə, sırf texniki məsələsidir. Hamı maaşını alır və alacaq da…”

Oxşar xəbərlər