İşdən çıxarılan məmur: “Allaha sığınıram”

“Allah hər şeyi görür, O ən böyük şahidimdir”.

SOSİUM.az xəbər verir ki, bunu uzun illər adı qalmaqallarda hallanan, bir neçə gün əvvəl Səbail rayon İcra Hakimiyyəti başçısının əmrilə I müavin vəzifəsindən azad olunan Xalidə Bayramova modern.az-a açıqlamasında bildirib.

Baş verənlərlə bağlı ətraflı danışmaq istəməyən sabiq məmur ona görə narahat olanlara təşəkkür edib: “Maraqlanan, narahat olanlar sağ olsun. Həqiqəti görən və bilən Allahdır. Mən bu müqəddəs ayda ona sığınıram”.

Sabiq məmur hələlik heç bir işlə məşğul olmadğını deyib.

Oxşar xəbərlər