Xalq artistinin vəziyyəti çox ağırdır

Xalq artisti Ağadadaş Ağayev ikinci dəfə əməliyyat olunacaq.

SOSİUM.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumar verib. O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənni sabah bıçaq altına yatacaq.

Hacı Nuran Ağayevin budəfəki əməliyyatının daha ağır olduğunu vurğulayıb:

“İndidən Tanrıya dua edirəm. Həyat yoldaşı, mən, bütün həkim personalı, doğmaları onun üçün dua edir. Çünki olduqca ağır əməliyyatdır. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq, bütün sınaqlardan çıxdığı kimi”.

Oxşar xəbərlər