Paytaxtda hərəkət iflic oldu: yollar bağlandı

“Hazırda Heydər Əliyev prospekti Hava limanı istiqamətində (metronun“Koroğlu” stansiyasının qarşısı), eyni zamanda Rəşid Behbudov və Abbasqulu Ağa Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir”.

SOSİUM.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, daha çox sıxlıq halı “Böyük Şor” qovşağının üstündə və R.Behbudov küçəsində müşahidə olunur.

Oxşar xəbərlər