“Tədris ili uzadılsın, çünki…” – AÇIQLAMA

Bu il tədris ilinin bir ay və ya ay yarım uzadılması müzakirə edilməlidir.

SOSİUM.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında təhsil eksperti Şəmil Sadiq deyib.

O bildirib ki, artıq bəzi ölkələrdə tədris ilininin uzadılması barədə müzakirələr başlayıb:

“Şagirdlərin təhsil səviyyəsində geriləmə var. Onlayn dərslərdə sıxıntılar yaşanır. Distant tədris nə qədər effektiv olsa da, ənənəvi dərslərlə müqayisədə şagirdlərin mənimsəmə səviyyəsi xeyli aşağıdır. Hesab edirəm ki, yay məktəbində geridə qalan, mənimsənilməsində problem olan mövzular keçirilə bilər. Hibrid dərslərə başlanırsa, iyunun 14-dən iyulun 15-dək tədris ilinin uzadılmasına niyə getməyək?”

Oxşar xəbərlər