“Səbail” baş məşqçisi ilə də bağlı qərar

“Səbail” baş məşqçisi Aftandil Hacıyevlə müqaviləni uzadacaq.

SOSİUM.az xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis özü məlumat verib.

O, klub tərəfindən təklif aldığını və bunu yaxın vaxtlarda müsbət cavablandıracağını bildirib:

“Artıq 3 ildir buradayam. Heç vaxt yerdəyişməyə meyilli insan olmamışam. Çalışıram ki, burada görüyüm işləri davam etdirəm. Düşünürəm ki, “Səbail”lə iş birliyimizi müsbət cavablandırmağa daha yaxınam”.

Qeyd edək ki, A.Hacıyev 2018-ci ildən “Səbail”i çalışdırır.

Oxşar xəbərlər