Hikmət Hacıyev NATO rəsmisi ilə görüşəcək

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin müavini, səfir Mirça Coane (Mircea Geoană) ilə görüşəcək.

SOSİUM.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytı məlumat yayıb.

Qeyd edilib ki, görüş bu gün Brüsseldə NATO-nun mənzil-qərargahında keçiriləcək.

Oxşar xəbərlər