“Kapital Bank”ın filial müdiri intihar etdi

“Kapital Bank”ın Xəzər rayon filialının müdiri Mahir Sultanov intihar edib.

SOSİUM.az xəbər verir ki, Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov açıqlamasında yayılan məlumatı təsdiqləyib:

“Bu xəbəri təəssüf hissi ilə təsdiq edirik ki, “Kapital Bank”ın Xəzər rayon filialının müdiri Mahir Sultanov intihar edib. İntiharın səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır”.

Qeyd edək ki, filial müdirinin intiharı xəbərini ilk olaraq “Qafqazinfo” yazıb.

Oxşar xəbərlər