Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir.

SOSİUM.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisdə daxil olan “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəddə əksini tapıb.

Sənədə əsasən, aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb:

1. Həmidov Həmid Üzeyir oğlu

2. Hüseynov Azər Soltanhəmid oğlu

3. Tağızadə Mirzə Nəsib oğlu

4. Babayev Zəki Baba oğlu

5. Bəktaşi Səadət İnayət qızı

6. Əkbərov Mübariz Dosməmməd oğlu

7. İbrahimli İbrahim Adil oğlu

Sənədin parlamentin növbəti plenar iclaslarında müzakirəyə çıxarılması gözlənilir.

Oxşar xəbərlər