Rəsmi Kreml İsrail və Fələstinə vasitəçilik təklif edir

Rusiya İsrail və Fələstin arasında vasitəçi olmağa hazırdır.

SOSİUM.az xəbər verir ki, “İzvestiya”nın məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bəyan edib.

“Son bir neçə il ərzində biz davamlı olaraq belə bir sammitin keçirilməsinin tərəfdarı olmuşuq və mövqeyimiz dəyişməyib. Biz Moskvada həm fələstinliləri, həm də israilliləri görməkdən çox məmnun olarıq. Bizim hər iki tərəflə yaxşı münasibətlərimiz var”, – deyə o bildirib.

Polyanski bu cür danışıqların uğurlu olması üçün Rusiyanın mümkün ola biləcək hər şeyi edəcəyini vurğulayıb.

O, bu və ya digər tərəfi birmənalı olaraq qınamadıqlarını qeyd edib.

“Birmənalı olaraq bu və ya digər ölkənin tərəfini tutsanız və kompromis tapmağa çalışmasanız nizamlanma təsirli olmayacaq”, – deyə Polyanski əlavə edib.

Oxşar xəbərlər