Hindistandakı qasırğada ölən sayı artdı

Hindistanda “Cyclone Tauktae” qasırğası nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb.

SOSİUM.az Hindistan KİV-nə istinadən xəbər verir ki, təkcə Qucarat ştatında ağacların aşması və güclü yağışlar nəticəsində ən az 13 nəfər həlak olub. Yüz minlərlə insan elektrik enerjisiz qalıb. Saatda 130 kilometr sürətlə əsən külək minlərlə ağacı qıraraq yolları bağlayıb.

Qonşu Maharaştra ştatının paytaxtı Mumbay şəhərində ən azı 12 nəfər həlak olub, bir neçə ərazini su basıb, bir çox ağac və elektrik dirəkləri aşıb.

Bundan əlavə Karnataka ştatında 6 nəfərin ölümü ilə yanaşı, Qoa və Kerala ştatlarında da ölümlərin olduğu bildirilir.

Oxşar xəbərlər