“Yumşalma yalnız o zamanda olacaq ki…”

“Biz gündəlik yoluxmanın statistikasından asılı addımlar atırıq. Mərhəlli şəkildə yaxşılaşmaya doğru gedirik. Xəstə sayı azaldığı üçün bizim bəzi pandemiya xəstəxanalarımız bağlanır”.

SOSİUM.az-ın məlumatına görə, bu sözləri TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, xalqı narahat edən bütün problemlər üzərində iş gedir:

“Hər bir yumşalma və sərtləşmə epidemioloji vəziyyətdən asılıdır. İnsanları düşündürən bəzi məsələlər istiqamətində artıq müzakirələr gedir. Lakin hər kəs başa düşməlidir ki, vaksinasiya prosesi vacib məsələdir”.

Oxşar xəbərlər