Prezident İlham Əliyev Sabir Xudu oğlu Rüstəmxanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
SOSİUM.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.