MİA brendi təqdimat mərasimi keçirdi

Həyatımızın yüksəliş mərhələsində dərk edirik ki, qadın haqqında söylənmiş müdrik fikirlər, şeirlər şablon söz boğçası, yazılmış bəstələr sıradan melodiya deyil. Bütün təriflər bəşərin ağır yükü altında əzilməyən, bükülməyən, hər səhər günəşdən tez oyanıb, planetimizin rənglərini sahmana salan ən güclü zəriflərin sonsuz enerjisini təsvir etməkdə çox acizdir.

Toxunduğu hər nəsnəyə gözəllik qatan qadın həm də yeni həyatın başlanğıcıdır. Ən böyük missiyası da budur. Can vermək, yaratmaq, yaşatmaq.

Bu ağır məsuliyyəti layiqincə yerinə yetirmək yolunda qadın özünün ən doğma dəstəkçisi olmalı, həm daxili, həm də zahiri harmoniyasını təmin etməlidir.

Ölkəmizdə uğurlu fəaliyyətini davam etdirən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının da əsas qayəsi budur. Qadın sahibkarları dəstəkləyərək özlərinə güvən hissini təmin etmək, xanımlarımızı həmrəyliyə səsləmək…

Assosiasiyanın ən gənc üzvü Şəhla Qarayeva da bu yolda uğurla irəliləyən xanımlarımızdandır.

Publika.az xəbər verir ki, bu günlərdə Assosiasiyanın rəhbərliyi, əməkdaşları, eləcə də respublikamızın tanınmış xanımlarının iştirakı ilə Şəhla Qarayevanın Azərbaycanda rəsmi təmsilçisi olduğu İtaliyanın MİA kosmetik brendinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən xanımlar gənc sahibkara gələcək fəaliyyətində uğurlar arzulayıblar. Azərbaycan qadınının gözəlliyini ideal şəkildə vurğulayacaq italyan brendinin ölkəmizdə də seviləcəyinə inandıqlarını bildiriblər.

Yaşıdlarına, eləcə də biznes-ledi olmaq yolunda ilk addımını atan həmcinslərinə nümunə olan Şəhla xanımla həmsöhbət olduq.

– Şəhla xanım, məşhur MİA brendinin Azərbaycanda satışını təşkil etmək, rəsmi distribüteri olmaq ideyası haradan qaynaqlandı?

– Ali məktəbi bitirəndən sonra şəxsi biznesimi qurmağa qərar verdim. Amma haradan başlayacağıma tərəddüd edirdim. Ailəmlə birgə İtaliyaya səyahətə yollanmışdıq. Mağazaları gəzərkən gözüm MİA kosmetik brendinin mağazasına sataşdı. Öncə məhsullarını özüm alıb istifadə etdim. Keyfiyyəti, dayanıqlılığı, təbiiliyi məni heyran qoydu. Bakıya dönəndən sonra bu brendin məhsullarının satışının olmadığını araşdırıb, Azərbaycanda rəsmi təmsilçisi olmağa qərar verdim. Qərarımızı şirkətin rəhbərliyinə bildirəndə çox məmnun oldular və sənədləşmə işlərini tamamladıq. Brendin onlayn satışını təşkil etdik. Böyük tələbat olduğunu görüb, mağaza açmağa da qərar verdik. Tezliklə sizi mağazamızda salamlamaq diləyilə…

– Çox gözəl. Düşünürəm ki, startapınız bir çox qadınlar üçün motivasiya olacaq.

– Elə mən özüm də üzvü olduğum Assosiasiyanın daha təcrübəli üzvlərindən ilhamlanıram. Tarixən Azərbaycan qadını ölkənin istənilən sahəsində baş verən yeniliklərdə yaxından iştirak edib. 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq. Ümumiyyətlə, bütün xanımlarımız, onların həyat enerjisi mənim ilham mənbəyimdir. Xanımlarımıza hər zaman təravətli olmağı və bizim keyfiyyətli brendimizin məhsulları ilə bu gözəlliklərini vurğulamaqlarını arzulayıram.

Tədbirin sonunda iştirakçılara MİA brendindən hədiyyələr təqdim olunub.

Tədbirin sonunda iştirakçılara MİA brendindən hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər