Prezident ona yüksək vəzifə verəcək

Yaxın zamanlarda iki nazirlik birləşdirilə bilər.

SOSİUM.az xəbər verir ki, bu haqda etikxeber.az-a etibarlı mənbədən bildirilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birləşdirilməsi gözlənilir.

“Bu haqda yuxarı dairələrdə müzakirələr gedir. Ola bilər ki, yaxın zamanlarda konkret qərar verilsin, yəni, Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyi birləşdirilsin” – deyə, sonra bildirilib. Yeni nazirin isə Anar Kərimov olacağı deyilir.

Onu da qeyd edək ki, Gənclər və idman naziri vəzifəsi hazırda boşdur.

Bir müddət öncə Gənclər və idman naziri Azad Rəhimov xərçəng xəstəliyindən dünyasını dəyişib.

Oxşar xəbərlər