Bu maşınlara tələb çox azalıb – VİDEO

Son vaxtlar avtomobil bazarında canlanma müşahidə edilir.

SOSİUM.az xəbər verir ki, paytaxtın avtomobil bazarında bu gün demək olar ki, tam doluluq var idi. Alıcılar əsasən maşının texniki göstəriciləri ilə yanaşı, katalizatorunun olub- olmaması ilə maraqlanır. Katalizatoru olmayan maşınların qiyməti isə düşür.

Avtomobil satışı ilə məğul olanlar deyir ki, əvvəllər katalizator tələbi olmurdu. Lakin son bir neçə həftədir ki, ilk verilən sual katalizatorun olub-olmamasıdır.

Elə alıcılar da katalizatoru olan avtomobillərə üstünlük verirlər. Katalizatoru olmayan avtomobillərin qiyməti isə markasına görə dəyişir.

Bazara çıxarılan maşınlar çox olsa da, satıcılar alıcılığın aşağı olduğunu deyirlər. Qiymətlər əvvəlki aylarla müqayisədə demək olar ki, elə də dəyişməyib.

Oxşar xəbərlər