ABŞ da rəqəmsal dollara keçid edir

ABŞ Federal Ehtiyat Sistemi (FED) İdarə Heyətinin üzvü Lael Brainard mərkəzi bankın rəqəmsal valyuta araşdırmalarını sürətləndirdiyini bildirdi.

SOSİUM.az xəbər verir ki, Lael Brainard “CoinDesk” tərəfindən təşkil edilən video konfransda, mərkəzi bankın rəqəmsal valyutaları ilə bağlı qiymətləndirmələr edib.

Texnologiyanın ABŞ-ın ödəmə sistemində “dramatik” dəyişiklik yaratdığını qeyd edən Brainard, epidemiyanın təmassız əməliyyatlara keçidi sürətləndirdiyini və təhlükəsiz, vaxtında və ucuz ödənişlərə çatmağın vacibliyini göstərdiyini qeyd etdi.

Fed-in nağd pul da daxil olmaqla etibarlı ödəniş alətlərinə çıxış təmin etməyi öhdəsinə götürdüyünü vurğulayan Brainard, bu öhdəliyin bir hissəsi olaraq, ev təsərrüfatlarının və müəssisələrin ehtiyac və üstünlüklərinin zamanla rəqəmsal ödənişlərə necə keçə biləcəyini araşdırmaq lazım olduğunu söyləyib.

Oxşar xəbərlər