Azərbaycanda son sutkada 15 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SOSİUM.az-a verilən məlumata görə, ötən sutka koronavirusdan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 467 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 163 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 613, bu günə qədər isə ümumilikdə 6 762 824 test icra olunub.

Oxşar xəbərlər