Xırdalan qəbiristanlığında dəhşət: kəsilmiş insan ayağı tapıldı

Xırdalan şəhər qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb.

SOSİUM.az bildirir ki, APA-nın xəbərinə görə, ötən gün 17:30 radələrində qəbirstanlığın mollası tərəfindən insan ayağı aşkar edilib.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertiziya göndərilib. Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə olunan geyim paltarının parçası olması, həmçinin tənzifin olması müəyyən edib ki, aşkar olan ayaq cərrahiyə yolu ilə kəsilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər