ABŞ Avropaya qaz tədarükünə görə Rusiyanı keçib

Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol bildirib ki, iyun ayında Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə olaraq ABŞ-dan Rusiya ilə müqayisədə daha çox qaz idxal edib. O, Aİ ölkələrini tələbin azaldılması üzərində işləməyə və çətin qışa hazırlaşmağa çağırıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İyun ayında “Qazprom” sanksiyalar çərçivəsində xarici avadanlıqların təmiri ilə bağlı problemlərə görə “Şimal axını” ilə nəql olunan qazın həcmini 40% azaldıb. ABŞ isə ötən illə müqayisədə Avropaya tədarükünü xeyli artırıb. “Bloomberg”in məlumatına görə, yanvar-aprel aylarında onlar bütün keçən illə müqayisədə daha çox qaz tədarük edib.

Oxşar xəbərlər