ABŞ Belarusa sanksiya tətbiq edə bilər

ABŞ Dövlət katibi Mayk Pompeo ölkədə baş vermiş etiraz aksiyaları fonunda Belarusa qarşı sanksiya tətbiq edilməsini istisna etməyib.

SOSİUM.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytı məlumat yayıb.

Dövlət katibi qeyd edib ki, ABŞ hazırda sanksiya tətbiqi və neft tədarükünün dayandırılması məsələlərini nəzərdən keçirir.

M.Pompeo, həmçinin, ABŞ-ın hələlik Belarusdakı vəziyyətə necə cavab verəcəyini müəyyən etmədiyini vurğulayıb.

Oxşar xəbərlər