Açıq havada maska tələbi ləğv olunur

Yaxın günlərdə açıq havada maskadan istifadə ləğv edilə bilər.

SOSİUM.az-ın məlumatına görə, bu barədə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva məlumat verib.

O bildirib ki, bu istiqamətdə artıq qaydalar hazırlanır:

“Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun bir qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsinlər”.

Oxşar xəbərlər