“ADY Konteyner” MMC “East Group” MMC-ni məhkəməyə verib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Konteyner” MMC “East Group” MMC-ni məhkəməyə verib.

SOSİUM.az pravda.az-a istinadla xəbər verir ki, bu barədə törəmə müəssisə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, “ADY Konteyner” müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

İş hakim Kənan Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasın vaxtı hələlik açıqlanmayıb.

Oxşar xəbərlər