AFFA-nı idarə edəcək şəxs bəlli olub

AFFA-nın idarəetməsi əvvəlki sistemə qayıdacaq.

Apasport.az saytının əldə etdiyi məlumata görə, buna səbəb FİFA-da vəzifə alan Elxan Məmmədovun icraçı vitse-prezident vəzifəsini tərk etməsidir.

O, qurumdakı fəaliyyətini vitse-prezident kimi davam etdirəcək. Assosiasiyada bu vəzifəni tutanların sayı 4-ə çatacaq. Məmmədov AFFA-da Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov kimi çalışacaq.

İcraçı vitse-prezident vəzifəsi ləğv ediləcəyindən AFFA-nın idarəçiliyi yenidən baş katibə veriləcək. Qurumun idarəetmə sisteminə Sərxan Hacıyev rəhbərlik edəcək. Bu, assosiasiyanın İcraiyyə Komitəsinin növbəti yığıncağında rəsmiləşməlidir.

Qeyd edək ki, 2007-ci ildən AFFA-nın baş katibi olan Məmmədov 2020-ci ildən icraçı vitse-prezident kimi çalışıb. O, mayın 1-dən FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru kimi fəaliyyət göstərəcək.

Oxşar xəbərlər