Ağciyər Xəstəlikləri İnstitutunun direktoru işdən çıxarıldı

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.

SOSİUM.az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova “Report”a bildirib ki, bununla bağlı bu gün müvafiq əmr imzalanıb.

O qeyd edib ki, H.Qədirovanın yerinə hələlik təyinat yoxdur.

Oxşar xəbərlər