Aİ liderləri Belarusdakı vəziyyəti müzakirə edəcək

Avropa İttifaqının dövlət və hökumət başçıları Belarusdakı vəziyyəti müzakirə etmək üçün avqustun 19-da videokonfrans formatında sammit keçirəcəklər.

SOSİUM.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel açıqlama verib.

“Mən bu həftənin çərşənbə günü saat 12:00-da Belarusdakı vəziyyəti müzakirə etmək üçün Avropa Şurası üzvlərinin iclasını çağıracağam”,- deyə Mişel tvitter hesabında qeyd edib.

O bildirib ki, Belarus xalqı öz gələcəyini müstəqil müəyyənləşdirmək və liderini sərbəst seçmək hüququna malikdir.

“Etirazçılara qarşı zorakılıq qəbuledilməzdir və buna yol verilməməlidir”,- deyə Şarl Mişel sözlərinə əlavə edib.

Xatırladaq ki, avqustun 14-də Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirləri səviyyəsində Belarus ilə bağlı görüş keçirilib. Görüşün nəticəsi olaraq Avropa İttifaqı Belarusdakı seçkilərin nəticələrini qəbul etmədiyini açıqlayıb və Minskə qarşı yeni sanksiyaların tətbiqi üzərində işə başladığını elan edib.

Oxşar xəbərlər