Almaniyada elektrik enerjisi və ərzaq bahalaşır

Almaniyada elektrik enerjisi və ərzaq qiymətləri artmaqda davam edir.

Ölkədə ortalama rüblük qiymət artımı 6,2 faiz təşkil edib. O cümlədən çörəyin qiyməti 7,1 faiz, kərə yağının – 30 faiz artıb. Ümumlikdə mart ayında inflyasiya 7,3 faiz səviyyəsində qərarlaşıb.

Qeyd olunur ki, istehlakçıya qədər olan tədarük zəncirində qiymətlərin artımı xüsusi narahatlıq yaradır.

Belə ki, ötən ilin fevral ayı ilə müqayisədə istehsalçılar taxılın qiymətini 33 faiz, kartofun qiymətini – 88 faiz, südün qiymətini isə 30 faiz qaldırıblar.

Oxşar xəbərlər