Amerika hökuməti TikTok-u sildirir – VİDEO

Deyəsən, çoxlarının istədiyi baş verir. TikTok silinir. ABŞ-ın Federal Kommunikasiyalar Komissiyası Apple və Google şirkətinə App Store və Play Store-dan TikTok-un təcili silinməsilə bağlı məktub göndərib.

SOSİUM.az xəbər verir ki, bu sözləri texno-bloger Fərid Pərdəşünas sosial mediada paylaşıb. Mövzuya dair “Technote” kanalında video yayımlayan ekspert ABŞ-ın TikToka dair narahatçılığının səbəblərini izah edib.

“Komissiya düşünür ki, TikTok artıq çoxdan qırmızı xətti keçib və silinməlidir. Bunun isə səbəbi bildiyiniz kimi deyil. Amerika vətəndaşlarından dolayı narahatdır” , – F.Pərdəşünas qeyd edib.

Oxşar xəbərlər