Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.
Mərkəzdən verilən məlumata görə, iyunun 1-dən 30-dək 40 aptekdə yoxlamalar keçirilib.
Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 10 adda 35 qutu qeydiyyatsız və sertifikatsız dərman vasitələri müsadirə olunub, 7 protokol tərtib edilib.