“Arif Quliyevin vəziyyəti stabil ağırdır”

Xalq artisti Arif Quliyev müalicə aldığı xəstəxanada süni tənəffüs aparatına qoşulub.

SOSİUM.az xəbər verir ki, bunu xalq artistinin oğlu Rövşən Quliyev deyib.

O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır:

“Atam 5 gündür süni tənəffüs aparatına qoşulub. Dünən səhər reanimasiya şöbəsinə köçürülüb. Hazırda təzyiqi nisbətən düşüb, amma vəziyyəti ağır olaraq qalır. Dünən çox ağır idi. İndi təzyiqi bir az azalıb. Xəstəxanaya daxil olanda oksigen saturasiyası 88 faiz idi. Bu gün həkimlə əlaqə saxlayacağıq, saturasiya barədə məlumat alacağıq”.

Oxşar xəbərlər