Azərbaycana tərəvəzin idxalı kəskin artıb

Bu ilin 2 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə xam şəkər və şəkər idxalı 2,5 dəfə, siqaretlər 45,6 faiz, dərman vasitələri 1,8 dəfə, məişət soyuducuları 20,7 faiz artıb

SOSİUM.az xəbər verir ki, bu ilin 2 ayında Azərbaycana təzə tərəvəz idxalı kəskin artıb.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2021-ci ilin yanvar-fevral aylarında ölkəyə təzə tərəvəz idxalı 3,2 dəfə artıb.

Bundan başqa, bu ilin 2 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə xam şəkər və şəkər idxalı 2,5 dəfə, siqaretlər 45,6 faiz, dərman vasitələri 1,8 dəfə, rezin şinlər 12,1 faiz, mineral gübrələr 2,0 dəfə, yük avtomobilləri 12,8 faiz, məişət kondisionerləri 8,0 faiz, məişət soyuducuları 20,7 faiz artıb.

Oxşar xəbərlər