Azərbaycanda əhalinin 5 milyonu fəal, 315.4 min nəfəri işsizdir

Azərbaycanda 2022-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 307,1 min nəfər olub.

SOSİUM.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, onlardan 4 milyon 991,7 min nəfərini məşğul, 315.4 min nəfərini və ya 5,94%-ni işsiz əhali təşkil edib.

Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 682,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,5 min nəfər, qeyri-dövlət sektorunda isə 779,6 min nəfər olub.

Oxşar xəbərlər