2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 710 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 202 ədəd və ya 39,8% çox minik avtomobili istehsal olunub (yığılıb).
Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.05.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 673 ədəd təşkil edib.
Azərbaycanda 2022-ci ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% çox olmaqla 169 ədəd traktor istehsal edilib. 01.05.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 36 ədəd təşkil edib.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə yığılır.