Azərbaycanda A4 formatında kağızın qiyməti 140% artıb

Banker.az-ın verdiyi məlumata görə, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra A4 formatında olan printer kağızlarının qiyməti sürətlə artmağa başlayıb. Qeyd edək ki, bu qiymət əvvəl 5-5.5 AZN təşkil etsədə, hazırda qiymət bir çox yerdə 13-19 AZN gəlib çatıb.

Maraqlı olan odurki, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyadan gətirilən məhsulların logistikasında ciddi bir dəyişiklik olmasada, kağızın, tikinti materiallarının və digər məhsulların qiymətində fantastik sürətlə artım müşahidə olunur. Burada, sahibkarların vəziyyətdən sui istifadəsidə istisna olmamalıdır. Hələki Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı heç bir açıqlama verməmişdir.

SOSİUM.az

Oxşar xəbərlər