Azərbaycanda aliment problemi: Ödəməyənlər həbs edilir VİDEO

Ədliyyə nazirliyi 2022-ci ilin 6 ayı ərzində borcundan yayınan və həbsdə olanların sayını açıqlayıb. Aliment borcuna görə 1000-dən çox şəxs barəsində inzibati həbs tətbiq olunub. 5 minədək borclu isə axtarışa verilib.

Hüquqşunas Kamandar Hüseynov bildirdi ki, şəxs aliment öhdəliyini ödəmirsə, onun barəsində cinayət işi başlanır.

Artıq bir müddətdir ki, ölkədə Aliment Fondunun yaradılması təklif edilir. Ekspertlər hesab edir ki, bu fondun yaradılması isə bu sahədəki problemlərin müəyyən bir hissəsi öz həllini tapar.

Oxşar xəbərlər