Azərbaycanda “Instagram” istifadəçilərinin sayı – ARTIB

Bu ilin mart ayında Azərbaycanda “Instagram” sosial şəbəkə istifadəçilərinin sayı fevral ayı ilə müqayisədə 3,3% və ya 136 min nəfər artıb.

SOSİUM.az xəbər verir ki, aprelin 1-i tarixinə ölkə üzrə 4 220,7 min nəfər aktiv “Instagram” istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 41%-ni təşkil edir.

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 17,5% və ya 628,7 min nəfər artıb.

İstifadəçilərin 58,9%-i kişilər, 41,1%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 515,8 min) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 899,7 min nəfərlə liderlik edir. (Apa)

Oxşar xəbərlər