Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 092 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 415, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 418, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 947, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 312 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 649 741, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 053, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 220, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 229 389, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 079 nəfər təşkil edir.

Oxşar xəbərlər