Azərbaycanda koronavirusla bağlı bu məhdudiyyətlər aradan qaldırılacaq – RƏSMİ

“Koronavirusla bağlı məhdudiyyətlər növbəli şəkildə aradan qaldırılır”.

 

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib.

 

Onun sözlərinə görə, ölkədə məhdudiyyətlər COVID-19 xəstəliyinin yayılma tezliyinə əsasən tənzimlənir:

 

“Bir çox məhdudiyyətlərin qaldırılması haqda müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər dəyərləndirilir və həyata keçirilir”.

 

O qeyd edib ki, çox yaxın vaxtda həmin təkliflər barədə qərar veriləcək və digər məhdudiyyətlər aradan qaldırılacaq.

 

Məlumata görə, maska məhdudiyyəti və COVİD paportu ilə bağlı qərarın veriləcəyi gözlənilir.

Oxşar xəbərlər