Azərbaycanda pandemiya dövründə quraşdırılan karantin postları sökülür

Azərbaycanda pandemiya dövründə quraşdırılan karantin postları sökülür.

Bakı şəhərinin giriş-çıxışında qoyulan postlar artıq sökülməyə başlanılıb.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, pandemiyanın sərt dövründə qurulan karantin postları müvəqqəti xarakter daşıyırdı: “Həmin postlar daimi olmadığı üçün sökülə bilər”.

Qeyd edək ki, Azərbaycanda karantin postları pandemiya səbəbi ilə 2020-ci ildə quraşdırılmışdı.

SOSİUM.az

Oxşar xəbərlər