Azərbaycanda “Sosial sahibkarlıq haqqında” yeni qanun qəbul edilə bilər

Azərbaycanda “Sosial sahibkarlıq haqqında” yeni qanun qəbul edilə bilər.

Bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, sosial sahibkarlığın inkişafının stimullaşdırılması qanunvericiliyin təkmilləşdirilməsi ilə müşayiət olunmalıdır: “Bu məqsədlə, ilk növbədə, ölkəmizdə “Sosial sahibkarlıq haqqında” qanunun qəbul edilməsi məqsədəuyğun olardı. Hesab edirik ki, qanunda “sosial sahibkarlıq” anlayışı təsbit edilməli, sosial müəssisələrin yaradılması və fəaliyyətinin əsas prinsipləri, təşkilati-hüquqi formaları, hər bir fəaliyyət istiqamətinə aid tələblər və s. öz əksini tapmalıdır”.

Oxşar xəbərlər