Azərbaycanda “YouTube” istifadəçilərinin fəallığı iyunda artıb

Bu ilin iyun ayında Azərbaycanda “YouTube” istifadəçilərinin fəallığı may ayı ilə müqayisədə 5,5 faiz bəndi artıb.

“APA-Economics”in “Global Stats” statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, bu ilin iyulun 1-nə “YouTube”un Azərbaycanın sosial media bazarında payı 37,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 24,1 faiz bəndi çoxdur.Azərbaycanda “Instagram” istifadəçilərinin sayı mayda 5% artıb
Populyarlığına görə “YouTube” ötən ayın nəticələrinə əsasən ölkənin sosial media bazarında birinci yerdədir.

Populyarlığına görə ikinci yerdə “Facebook” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı iyun ayı ərzində 3,9 faiz bəndi azalıb.

“Facebook”un Azərbaycan bazarında payı bu ilin iyul ayının 1-nə 23% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 0,05 faiz bəndi çoxdur.

Bu ilin iyun ayı ərzində ölkə üzrə “Instagram” şəbəkəsinin istifadəçilərinin fəallığı 1,2 faiz bəndi artıb. İyulun 1-nə olan məlumata görə, “Instagram” Azərbaycanın sosial media bazarında 14,4% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: “Pinterest” – 14, “Twitter” – 6,6%, “Reddit” – 2,25%, “VKontakte” – 0,96% və s.

Oxşar xəbərlər