“Azərbaycanla ticarətin 30%-i rublla aparılır” – Rusiya XİN

“Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30 %-i rublla aparılır. Bütövlükdə, Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturasının özü də xarici mənfi amillərə o qədər də məruz qalmayıb və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır”.

 

Bakupost.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində söyləyib.

 

Onun sözlərinə görə, rəsmi Moskva Qərbin davranışlarından yaranan riskləri azaltmaq üçün vaxtında tədbirlər görərək Azərbaycanla milli valyutalarda hesablaşmalara daha fəal keçməyə başlayıb.

 

D.Qonçar əlavə edib ki, Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalır və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir.

Oxşar xəbərlər