“Azərsun Sənaye Parkı”nda yanğın başlayıb – VİDEO

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın başlayıb.

SOSİUM.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər