Kirayə mənzillər də ucuzlaşıb: Səbəb isə…

Bakıda aprel ayında kirayə mənzil bazarında qiymətlərdə ucuzlaşma qeydə alınıb.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov SOSİUM.az-a deyib ki, aprel ayında Bakıda kirayə mənzil qiymətləri 4.6 faiz ucuzlaşıb.

Ekspertin sözlərinə görə, ucuzlaşmanın səbəbi pandemiya ilə əlaqədar olaraq kirayə mənzillərə tələbatın azalmasıdır.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq ali təhsil müəssələrinin işləməməsi, xarici ölkələrdən turistlərin gəlməməsi nəticəsində kirayə mənzillərə tələbat xeyli azalıb.

Oxşar xəbərlər